Newscenter.az.29.07.2021. Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunun Şorsulu kənd sakinlərinin müraciətlərinin yerində araşdırılması məqsədi ilə sözügedən kənddə olub və qəbul keçirib.
Newscenter.az-ın xəbərinə görə, millət vəkili ilk olaraq Vətən müharibəsi iştirakçılarını qəbul edib, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlanıb.
Görüş barədə məlumat verən Jalə Əhmədova bildirib ki, seçicilər torpaq məsələləri, örüş otlaq sahələrinin təyinatından kənar istifadə edilməsi, əkin sahələrinin suvarılması ilə bağlı yaradılan problemlərdən danışıblar və qeyd etdikləri məsələlərin müsbət həllində köməklik göstərilməsini xahiş ediblər:
"Təbii ki, yuxarıda qeyd etdiyim problemlərin aradan qaldırılması üçün bacardığımı köməkliyi əsirgəməyəcəyəm. Çünki hesab edirəm ki, seçicilərimin problemi həm də mənim problemimdir".
Ruhiyyə