Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət sərhədində problemlər uzun müddət davam edə bilər



Newscenter.az.29.07.2021. Regionun siyasi durumunda qeyri-stabilliyun hökm sürməsi vəziyyətin təhlükəli olmasını göstərən açıq sübutlardandır. Ermənistan və Azərbaycan arasında baş tutmuş və 44 gün davam etmiş II Qarabağ savaşından sonra yaranmış yeni geo-siyasi və geo-strateji reallıqlar həm Ermənistanın, həm də ona dəstək olan dövlətlərin və qüvvlərin planlarını alt-üst etdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin icrasını ləngitmək və Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirməsini yuvatmaq məqədi ilə Ermənistan-Azərbaycan dövlət sərhəddində və rus "sülhməramlıları"nın fəaliyyət göstərdiyi ərazilərdə daima atəşkəsi pozmaq tərəflər arasında qalıcı düşmənçiliyi təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri Arşak Karapetyan arasında baş tutan telefon danışığı və görüşü, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin Ermənistan-Azərbaycan sərhəddinə səfər etməsi, Fransanın Ermənistandakı səfiri Conatan Lakotun Fransanın Azərbaycandakı səfiri Zakari Grosun Azərbaycan prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş xarici ölkələrin Azərbaycandakı səfirlərinin Şuşaya səfərindən imtina etməsi fikrini müdafiə etməsi baş verən təxribatların arxasında kim(lər)in dayandığını rahatlıqla deməyə imkan verir.
Hesab edirəm ki, sözügedən bu üç ölkənin atdığı addımların bir neçə səbəbi var. Bu səbıblər arasında

- 30 ilə yaxın heç bir fonksiyanı yerinə yetirməyən və II Qarabağ savaşından sonra fəaliyyətini tamamilə itirmiş ATƏT-in Minsk qrupunun yenidən aktivləşdirmək,
-10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə ilə arxivin zibilliyinə gedən Dağlıq Qarabağın statusunu bərpa etmək,
- Türkiyənin regionda, xüsusilə də Azərbaycanda artan nüfuzunun qarşısını almaq,
- Ermənistan və Azərbaycan arasında qalıcı sülhün əldə edilməsinə mane olmaq, gərginliyi davam etdirmək,
- Azərbaycan və Türkiyənin vasitəsi ilə gerçəkləşdirilən regional və qlobal layihələrin həyata keçrilməsinə mane olmaq,
- Öz ölkələrində güclü olan erməni lobbisinin dəstəyini qazanmaq və s.
Görünən odur ki, sərhəddə baş verən toqquşmalar və pozulan atəşkəs bu üç ölkənin marağındadır və ona görə də daimi şəkildə vəziyyətin gərgin olmasına çalışırlar. Ermənistanın atdığı addımların isə iki əsas səbəbi var. Bunlar
-Paşinyanın hələ də ölkədə nəzarəti ələ ala bilməməsi,
- 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bayannamələrinin şərtlərinin icrasını ləngitməsi və yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçırması,

Baş verən toqquşmaların lokal xarakterdən artıq olacağı inandırıcı görünmür. Amma bu cür problemlər hələ uzun müddət davam edə bilər.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş