Newscenter.az.29.07.2021. Kredit borcuna görə vətəndaşların həbs edilməsi həm konstitusiyaya, həm də Avropa İnsan Hüquqları Konvensiyasına ziddir, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Kredit borca görə həbslər "təzyiq metodu"-ndan başqa bir şey deyil.
Kredit borcuna görə, vətəndaşların həbs edilməsi həm daxili qanunvericiliyə, həm də beynəlxalq konvensiya ziddir. Belə ki, vətəndaş kredit borcuna görə, o vaxt inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər ki, bank və ya bank olmayan kredit təşkilatından kredit götürən şəxs kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq, kredit borcunu banka qərəzli şəkildə ödəmir və kredit təşkilatı preblemli kredit kimi qeydə almalı, yaranmış preblemi təhlil etməli və ödənişə nail olmalıdır. Əgər vətəndaş ödəniş edə bilmədikdə, bank məhkəməyə müraciət etməli və müvafiq məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra qərar borclunun yaşadığı və ya işlədiyi ərazidəki icra məmuruna göndərilməlidir. İcra məmuru borcluya 10 gün vaxt verir ki, borc öhtəliyini könüllü olaraq ödəsin.
Əgər borc bu vaxt ərzində ödənmirsə, borclu şəxsin əmlakı olduğu sübut olunursa və o, bilərəkdən borcu ödəməkdən yayınırsa, üzürsüz səbəbdən, tam qərəzli şəkildə borcunu ödəməkdən yayınmasını sübut edə bilərsə, icra məmuru məhkəməyə müraciət etməlidir. Məhkəmə də onu əsaslandırmalıdır ki, bu insanın həqiqətən də imkanı var və ödəniş etmir. Yaxud da, işləmək imkanı var, amma işdən yayınır. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, cərimə oluna, hətta 1 aya kimi inzibati həbs cəzası ala bilər. Vətəndaş borcunu bundan sonra da qərəzli şəkildə öhtəliklərini icra etməzsə və borcu qaytarmaqdan imtina edərsə, artıq onun üçün cinayət işi açıla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinə əsasən, 3 ilə qədər azadlıqdan məhrum oluna bilər. Ona görə də, birbaşa, konkret olaraq borc öhtəliyinə görə müştərinin həbsi nəzərdə tutulmur. Sadəcə məhkəmə qətnaməsinin icra edilməməsinə görə, qanunvericilikdə belə bir tədbirlər var.
Əli İbrahimov-hüquqşünas