Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Antalya şəhərində baş verən yanğınlarda ölənlər var



Newscenter.az.29.07.2021. Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində 3 nəfər ölüb, 77 ev isə yararsız vəziyyətə düşüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murad Kurumla birgə mətbuat konfransında bildirib.

B.Pakdəmirli yanğınlar səbəbilə 6000 ha əkin sahəsinin, 500 ha otlaq sahəsinin yarasız hala düşdüyünü bildirib. Xeyli mal-qaranın tələf olduğu da qeyd edilib.

Antalya əyalət səhiyyə müdiri Ünal Hülür yanğınlardan zərər çəkmiş 183 nəfərin xəstəxanalara müraciət etdiyini, 15 nəfərin hazırda müalicəsinin davam etdiyini açıqlayıb.
Xəbəri paylaş