Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Eldəniz Səlimovu 3 ildən 8 ilədək həbs gözləyir



Newscenter.az.30.07.2021. Məlum olduğu kimi Milli Məclisin deputatı Eldəniz Səlimov bu günlərdə Xaçmaz şəhərindəki restoranlardan birində vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı fiziki güc nümayiş etdirərək onu döyüb. Baş vermiş hadisə ilə əlaqədar toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Bəs görəsən, həmin maddə ilə deputatı hansı cəza gözləyir?.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində həmin maddə, eləcə də onun cəzası aşağıdakı şəkildə təsbit olunub:

M a d d ə 3 0 9 . Vəzifə səlahiyyətlərini aşma

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xəbəri paylaş