Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ekoloji terror mübarizənin ən alçaq formasıdır



Newscenter.az.30.07.2021. "Ekoloji terror mübarizənin ən alçaq formasıdır. İqtisadi cəhətdən çətinliklələrlə üzləşən Türkiyə üçün bu ağır yük oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Elman Vəliyev səsləndirib. O bildirib ki, Qafqazda, Aralıq dənizində, Orta Şərqdə və s. yerlərdə mübarizə aparan Türkiyənin başını bir də ekoloji müharibəyə qoşdular:

"Həm daxili, həm xarici vəziyyət üçün mənfi haldır. Maddi cəhətdən daha da pis vəziyyətə düşən əhali dövlətdən tələblər edəcək, daxili çaxnaşma yaranacaq. Ölkədə bir xeyli miqrantlar var. Miqrantlar bir yandan, yanğın nəticəsində evsiz qalmışlar digər tərəfdən müşkül vəziyyət yaratdı.
Həm də diqqəti bir yerə yönəldərək xarici mövqelərə zərbələr endirə bilərlər".

Mehman
Xəbəri paylaş