Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb



Newscenter.az.30.07.2021. “Türkiyədə nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb”.

“Report” xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdəmirli bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində Antalyada 3 nəfər, Muğlada isə 1 nəfər ölüb.

Nazir vətəndaşları meşələrin yanından keçəndə ehtiyatlı olmağa çağırıb. O, dünyada meşə yanğınları ilə bağlı iyul ayında Kanada və Rusiyada baş verən hadisələri nümunə göstərərək bildirib ki, Türkiyədə iyulda 20 min hektar meşə yanıb: “Meşə yanğınlarının Qərb, inkişaf və mədəniyyətlə heç bir əlaqəsi yoxdur”.

Nazir yanğınların səbəblərinin araşdırıldığını da bildirib.
Xəbəri paylaş