Newscenter.az.31.07.2021. Son bir neçə gündür qardaş Türkiyədə ,davam edən və miqyası getdikcə genişlənən meşə yanğınları, eyni zamanda, alovun yaşayış zonalarına, şəhər infrastrukturuna ciddi ziyan vurması dövlətimizi, xalqımızı dərindən kədərləndirir.
Bu gün, bütün dünyanın diqqəti böyük Atatürkün vətənində olanda azərbaycanlılar Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirirlər. Demək olar, sosial şəbəkələrdə hamı qardaşlarımıza dəstək verərək deyir: "Türkiyə, qardaşımız, biz hər zaman səninləyik!"
Yanğında həyatını itirən insanlar, canlılar var, yanğın qardaş ölkəyə genişmiqyaslı maddi və mənəvi zərər vurub, hadisənin törətdiyi fəsadlar çoxdur, bu məsələ ilə əlaqədar Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verməsi, bununla yanaşı, dövlətimizin başçısının tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələrinin göndərilməsi qardaşlığımızın, “Bir millət, iki dövlət” olmağımızın daha bir təsdiqidir.
Qardaş Türkiyə biz səni həmişəki kimi güclü, nüfuzlu və qüdrətli görmək istəyirik. Sənin buna gücün var, sən bunu bacarırsan. Sənin qüdrətin yalnız sənə deyil, bütün Şərq, İslam aləmi, eyni zamanda bütün dünyaya lazımdır.
Qardaşın Azərbaycanın gözləri səndədir, ürəyi səninlə döyünür, səninləyik, dərdinə şərik çıxırıq. Sənin zəifləməyə ixtiyarın yoxdur.Böyük Allah sənin gücünün azalmasına imkan verməz........
Bu da bir sınaqdı. Bir millət, iki dövlət olaraq bu sınaqdan da üzüağ çıxacağıq İnşallah.....
Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı