Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub



Newscenter.az.31.07.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 926 nəfər müalicə olunaraq sağalıb, 5 023 nəfər vəfat edib. 5 900 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386 test nümunəsi götürülüb.
Xəbəri paylaş