Newscenter.az.31.07.2021. "Qardaş Türkiyədə geniş miqyaslı meşə yanğınlarının davam etməsi hər bir azərbaycanlınının ürəyini ağırıdır. Bu gün Azərbaycan qardaşının yanındadır və ona maksimum kömək edir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Cənab Prezidentinin tapşırığı ilə fəlakət bölgəsinə FHN texnikalarının və 500 nəfərdən çox yanğınsöndürənin göndərilməsi ölkəmizin həmişə Türkiyənin yanında olmasının təzahürüdür.Verilən məlumata görə artıq yanğınsöndürənlərimiz öz türk həmkarrları ilə birgə fəaliyyətdədir:
"Türkiyənin yanğından zərərçəkən bölgələrinə kömək üçün Azərbaycanda xüsusi hesab açılamsını təklif edirəm. Ora ilk hesab keçirənlərdən biri olmağa hazıram".
Mehman