Flora Kərimovaya Prezidentin fərdi təqaüdü veriləcək
Tarix: 31-07-2021, 11:36
Newscenter.az.31.07.2021. Prezident İlham Əliyev Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Newscenter.az-in xəbərinə görə, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.