Newscenter.az.31.07.2021. Qarabağin Ermənistan tərəfindən işğali nəticəsində kənd təsərrüfatina dəymiş zərərin qiymətləndirilməsi İşçi Qrupu olaraq ilkin hesablamalarımızı başa çatdırdıq.
İşçi qrupu sintetik kontrol metodundan (Abedie, 2021) istifadə edərək, işğal altında olmuş rayonların hər birinə bənzər, işğaldan zərər görməmiş rayon seçilrərək, onların tutuşdurulması və uyğunlaşdırılması əsasında itirilmiş dəyərin müqayisəli hesablamasını aparılıb.
Rayonların seçilməsi, işğaldan zərər görmüş rayonla işğaldan zərər görməmiş rayonun işğaldan öncəki dövrünə (1985-1990) aid olan kənd təsərrüfatınıb müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasında həyata keçirilib. Bu zaman sektorlar üzrə istehsal həcmi, məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib. Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-ci il baza ili götürülərək indeksləndirilib.
Ekspert qiymətləndirilməsinə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub.
Yaxın günlərdə təfsilatlı təqdimatımız olacaq, 27 il işğal altında qalmış hər bir rayonda ümumi və sektorlar üzrə kənd təsərrüfatına dəymiş zərərin məbləğləri açıqlanacaq.
Qeyd edək ki, İşçi qrupu ABŞ-da, Almaniyada, Fransada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub. Qrup 2020-ci ilin dekabrında yaradılıb. İşçi qrupu kənd təsərrüfatı ilə yanaşı, əmlaka və mədən sektoruna dəymiş ziyanın hesablanması üzərində də iş aparır.
Qubad İbadoğlu-
Qarabağin Ermənistan tərəfindən işğali nəticəsində kənd təsərrüfatina dəymiş zərərin qiymətləndirilməsi İşçi Qrupunun təmsilçisi