Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada qırıcı qəzaya uğrayıb



Newscenter.az.31.07.2021. Bu gün Rusiyanın Xabarovsk vilayətində planlaşdırılan təlim uçuşları zamanı Su-35S qırıcı təyyarəsinin mühərriklərində nasazlıq baş verib.

“Report” xəbər verir ki, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, pilot vaxtında katapult oluna bilib, qırıcı Oxot dənizinə düşüb.

Pilot müayinə üçün tibb müəssisəsinə yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş