Newscenter.az.31.07.2021. Türkiyə yanğınsöndürənləri ölkədə davam edən meşə yanğınlarının 85 ocağından 74-ü lokallaşdırmağa nail olub.
Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli tvitterdəki hesabında bildirib.
"Qəhrəmanlar böyük fədakarlıqla havadan və yerdən yanğınları söndürürlər. Biz sizə dəstəyinizə görə minnətdarıq. 2021-ci il iyulun 28-dən 30-dək olan dövrdə 85 meşə yanğınından 74-ü nəzarət altına alınıb", - nazir yazıb.
Nazirin paylaşdığı cədvələ əsasən, hazırda yanğınlar Adana, Antalya, Mersin, Muğla və Osmaniyə əyalətlərində davam edir.