Newscenter.az.1.08.2021. Russiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski "Radio Komsomolskaya Pravda" da müsahibəsində Cənubi Qafqazın 200- il russiyanın bayrağının altındadır fikirləri heç bir məntiqə sığışmır. Əvvəla Vladimir Jirinovski 30 ilə yaxın bir dövrdə Rusiya siyasətinə və onun xalqına heç vaxt baş ucalığı gətirməmişdir. Dünya siyasətində xüsusi rolu olanlar Jirinovskini Rusiyanın klonu və saray təlxəyi kimi tanıyırlar.
Jirinovskini Türkiyənin İstanbul həbsxanasında olarkən , türklərə olan ( məhəbbət ) tarixcəsi hələ 70 - ci illərdə həbsxanada türk qardaşlarımızın ona laiq olan xidməti göstərdikləri üçün,Türklərə özünəməxsus qaydada yanaşır . 1 il öncə Çeçenistan xalqının lideri hörmətli Ramzan Kadirovun onun haqqında dediklərində, qeyd olunanları təstiq edir .Azərbaycan dövləti ötən keçmiş SSRİ dövlətində Qafqazın digər ölkələrindən fərqli olaraq zəngin nefti və digər istehsal sahələri ilə birlikdə SSRİ-ye xidmət etmişdir.
Bu gün Azərbaycan müstəqil bir ölkə olaraq özünün 3 rəngli bayrağı altında digər dövlətlərlə o cümlədən Russiya ilə ikitərəfli əlaqələrinə daim üstünlük verir. Hazırda bu əlaqələr həm Russiya da, həm də Azərbaycan da böyük diqqət yetirilir. O ki, qaldı Ermənistanla Azərbaycan münasibətlərinə burada Ermənistanın ədalətsiz mövqedə olmasını artıq dünyada o cümlədən Russiya da öz təsdiqini tapmışdır. 30 il işğal olunmuş torpaqlarını azad edilməsi üçün super ölkələrini özünə birləşdirən ATƏT bunun öhdəsindən gələ bilmədi. Azərbaycan heç bir dövlətə sığınmadan öz xalqının milli birliyi və ordusunun əzmkarlığı ilə torpaqlarını düşməndən azad etdi. Həmin dövrdə Ermənistanın rəhbərliyi dünya dövlətlərinə o cümlədən müharibənin dayandırılmasına Russiyadan kömək istəyəndə bir cavab alırdı. "Azərbaycan öz torpaqlarında təmizləmə işi aparır" esil həqiqət budur.
Budur Azərbaycan dövlətinin, onun ordusunun və Ali Baş Komandanın xalqına olan sədaqətli xidməti.
Cavanşir Paşazadə-Milli Məclisin deputatı