Newscenter.az.1.08.2021. Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Todan kəndində keçirilən toy mərasimində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğlu toy mərasimi zamanı düşən mübahisə zamanı kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. R.Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.