Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jirinovskinin Azərbaycana və onun dövlət başçısına dil uzatması onun həddi üçün deyil



Newscenter.az.1.07.2021. Azərbaycan müstəqil dövlət olmaqla yanaşı həm də Türkiyə ilə qardaş dövlətdir. Dinimiz, dilimiz, soykökümüz və mədəniyyətimiz eynidir. Azərbaycan və Türkiyə arasında hər sahədə dərin və sıx əməkdaşlıq mövcuddur. Bu əlaqələrin mövcudluğunun hansısa ölkəyə mənfi təsiri oldunu düşünmək yalnışlıq olar. Şübhəsiz ki, Rusiya da bu dövlətlər arasındadır.

Amma təəssüflə demək mümkündür ki, bu gün hələ də Rusiya siyasətində Jirinovski kimi xəstə təxəyyüllü və danışığını bilməyən siyasətçilər hələ də qalmaqdadır. Buna görə də zaman-zaman Jirinovskinin sərsəm və xəstə fikirlərinin mətbuatdan eşitməli oluruq. Görünən odur ki, Jirinovski hələ də Azərbaycanın müstəqil dövlət olduğunu, 30 il öncə Rusiyanın dəstəyi ilə Erməni terrorçu dəstələri tərəfindən işğal olunmuş torpaqlarını qəbul etmək istəmir. Jirinovskinin qəbil etmək istəmədiyi digər məsələ Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olmasıdır. Fikrimcə, ona bir az tarix dərsi keçmək lazımdır. Jirinovski yaxşı anlayar ki, Qızıl Orda xanı Toxtamışın Moskvaya od vurub yandırması tarix kitablarına qalın hərflərlə həkk olunub. Dövlətçilik təcrübəmizin 3 min ili əhatə etməsi də Jirnovskinin oxuduğu tarix kitablarında mütləq yazılmış olar.

Uzun tarixi yazmaq istəmirəm. Elə Jirinovskinin özünü bir-iki cümlə bilməyənlərə tanış etmək istəyirəm. Həmin Jirinovski Sovetlər zamanı Türkiyədə etdiyi bir "şuluqluğa" görə Türkiyə MİT-nin "qonağı" olub. PKK terror təşkilatının başçısı Abdulla Öcalanın Türkiyə MİT-i tərəfində axtarılarkən onu Moskva ətrafı evində qonaq edib, Türkiyə MİT-nə məlumat verən də məhz həmin Jirinovskidir. Onun haqqında daha çox faktları yazmaq olar, amma hesab edirəm ki, elə bu faktlar yetərlidir. Yəni əqidəsi kimi də danışıq tərzi olan Jirinovskinin Azərbaycana və onun dövlət başçısına dil uzatması həddi üçün deyil.

Hesab edirəm ki, özünə hörməti varsa bir daha Azərbaycana və Türkiyəyə, eləcə də ölkə rəhbəri cənab İlham Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana dil uzatmaz. Jirinovski və onun ki, siyasətdə təsadüfi olan naşılar Azərbaycana və onun rəhbərinə qarşı işlətdiyi sərsəm və öz səviyyəsindəki ifadələrə görə üzr istəməli və bir daha Azərbaycana buraxılmamalıdır.

Samir Hümbətov-siyasi ekspert
Xəbəri paylaş