Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədəki 107 yanğından 98-i nəzarət altına alınıb



Newscenter.az.1.08.2021. “Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.

Onun sözlərinə görə, təkcə Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi heyət cəlb edilib:

“Silifkedəki yanğın azalır, Adana şəhərindəki bütün yanğınlar nəzarətdədir. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik”.
Xəbəri paylaş