Newscenter.az.2.08.2021. Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət davam etdirilir.
Newscenter.az xəbər verir ki, Buzovna, Sahil, Şıxov, Pirşağı, Goradil, Novxanı ictimai çimərliklərində ASAN könüllüləri fəaliyyət göstərirlər.
Sözügedən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə ASAN könüllüləri prosesə cəlb ediliblər.
Eyni zamanda könüllülər tərəfindən vətəndaşlarlar arasında əyləncəli, hədiyyəli oyunlar və müsabiqələr təşkil olunur.
Sevinc