Newscenter.az.2.08.2021. Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev avqustun 2-də Muğla vilayətinin Marmaris rayonunun Turqut bölgəsində yanğın ərazisində olub. Dəniz səviyyəsindən təxminən 830 metr hündürlükdə yerləşən ərazini ziyarət edən nazir müavini hadisə yerinə baxış keçirib.
AZƏRTAC hadisə yerində olan müxbiri xəbər verir ki, Etibar Mirzəyev azərbaycanlı jurnalistlərə müsahibəsində Türkiyəyə qardaş yardımına gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin ikinci qrupunun yanğın bölgəsi istiqamətində hərəkət etdiyini və qısa vaxtda müvafiq işlərə başlayacağını deyib. Nazir müavini bildirib ki, böhran mərkəzində Türkiyə rəsmiləri ilə mövcud vəziyyət müzakirə ediləcək, Azərbaycan heyətinin fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq. O, əminliklə bildirib ki, peşəkar və təcrübəli Azərbaycan yanğınsöndürənləri təyinat məntəqəsində yanğınların qarşısının alınmasına qısa vaxtda nail olacaqlar.