Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: “Altıncı çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub”



Newscenter.az.2.08.2021. Son günlər bəzi media orqanlarında yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, həmçinin Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız, həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Bununla əlaqədar bildirmək istəyirəm ki, Azərbaycanda hakimiyyətin bütün qolları bir-birilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və ölkəmizdə dövlət idarəçiliyi yüksək səviyyədədir. Altıncı çağırış Milli Məclis də hakimiyyətin qanunvericilik qanadı olaraq öz funksiyalarını uğurla həyata keçirir.
Belə ki, Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də Altıncı çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi tövsiyələrinə uyğun qurulması üçün zəruri tədbirlər görmüşdür. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə parlamentdə bir sıra islahatlar aparılmış, yeniliklər tətbiq edilmiş, qanunvericilik fəaliyyəti gücləndirilmiş, beynəlxalq əlaqələr, parlament diplomatiyası daha da inkişaf etdirilmiş, vətəndaşlarla iş, deputatların fəallığının artırılması, pandemiyaya qarşı mübarizə sahələrinə, müharibə dövründə və müharibədən sonra Vətən müharibəsi ilə əlaqədar işlərə xüsusi diqqət yetirilmişdir. Bu islahatlar çərçivəsində icra hakimiyyəti orqanları ilə əlaqələrin daha yüksək səviyyədə qurulması üçün Milli Məclisin Aparatında müvafiq şöbə yaradılmışdır. Milli Məclis ölkəmizə dair beynəlxalq hadisələrə, eləcə də ölkə daxilindəki taleyüklü məsələlərə, cəmiyyəti narahat edən məqamlara parlament səviyyəsində münasibətini bildirmiş, öz dəyərli töhfələrini vermişdir. Hazırda fəaliyyət göstərən Milli Məclisin say tərkibi, eləcə də tərkibin formalaşdırılması üçün tətbiq olunan seçki sistemi də günün tələblərinə tam cavab verir.

Bütün bunlar göstərir ki, referendumun keçiriləcəyi, Milli Məclisin yenidən buraxılacağı barədə səslənən fikirlər əsassız və dezinformasiya olmaqla yanaşı, müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş