Newscenter.az.2.08.2021. "Rusiya Liberal-Demokrat Partiyasınln sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı təxribat xarakterli son çıxışı təsadüfi deyil. Bu çıxışın Rusiyadakı erməni diaspor dairələrinin sifarişi ilə edildiyini düşünürəm".
Newscenter.az xəbər verir ki, bu fikiri Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib. O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya bu yaxınlardakı uğurlu səfəri onlarda ciddi narahatlıq yaradıb:
"İndi siyasi təxribatlarla Azərbaycan-Rusiya münasibətlərini soyutmaq, ölkəmizin Vətən Müharibəsində qazandığı Qələbəyə və yüksək siyasi nüfuza kölgə salmağa çalışırlar. Ancaq unudurlar ki, nüfuz və yaxşı münasibətlər kiminsə çıxışı ilə deyil, ciddi və səmimi siyasət və fəaliyyətlə qurulur".
Sevinc