Newscenter.az.2.08.2021. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Ermənistanın sərhəddə törətdiyi təxribatlar müzakirə olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.