Newscenter.az.3.08.2021. Yardımlı rayonu, Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşularının və Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər mürəkkəb dağ relyefi şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.
Bu gün səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.