Newscenter.az.4.08.2021. Türkiyənin Antalya şəhərində 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş 51 mingəçevirli şəhidin xatirəsinə ağac əkiləcək.
Newscenter.az xəbər verir ki, bu addım Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Nümayəndəliyi Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbi kollektivinin təşəbbüsü ilə gerçəkləşəcək.
Kollektiv meşə yanğınlarından əziyyət çəkən türkiyəli qardaşlarına dəstək məqsədilə bir ilkə imza atıb. Onlar Türkiyənin Ormanlar Bakanlığının hesabına topladıqları pul məbləğini köçürərək meşələrin bərpasına dəstək nümayiş etdirib. Həmin hesaba son vətən müharibəsində şəhid olan Mingəçevirli döyüşçülərin xatirəsini əziz tutaraq Antalya şəhərində yanmış meşə zolağında 51 ədəd ağac əkilməsi üçün vəsait köçürülüb. Təşəbbüs qardaş ölkədə məmnuniyyət qarşılanıb.