Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın atdığı addımların arxasında nə dayanır?

 İranın atdığı addımların arxasında nə dayanır?


Newscenter.az.4.08.2021. II Qarabağ savaşı dövründə və ondan sonrakı mərhələdə Azərbaycanın qazandığı parlaq qələbəyə görə həm region dövlətləri, həm də regionda marağı olan dövlətlər Qarabağ münaqişəsi ilə bağlı gizli niyyətlərini gizlətməyi bacarmadılar. Bu münaqişədə tərəflər nəzəri olaraq 4 qrupa bölmək olar.

1) Azərbaycanın haqq işinə dəstək verənlər(Türkiyə, Pakistan, İsrail, Ukrayna və s.)
2) Ermənistanın terrorçu və aqqressiv niyyətlərinə dəstək verənlər( Fələstin, Suriya, Yunan Kipri, Yunanıstan, Fransa, Rusiya və s.)
3) Özünü tam şəkildə bitərəf göstərən dövlətlər( həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq əlaqələri olan dövlətlər(Belarusiya, Qazaxıstan və s.)
4) Sözdə özünü bitərəf göstərib, əslində isə Ermənistana gizli dəstək verən dövlətlər(ABŞ, İran)

Xarici siyasətini müəyyən etmək hər ölkənin təbii və suveren haqqıdır, amma İran kimi addım atmaq və ikibaşlı siyasət aparmaq həm dövlətin varlığına təhlükə yaradır, həm də region və qonşu dövlətlərlə münasibətlərə ciddi zərər vurmuş olur. Son günlər İranın atdığı addımlar bunları deməyə əsas verir.
ABŞ-ın Ermənistandakı səfiri Lin Treysidən sonra İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri də Qeqarkunikə (Basarkeçər) səfər etməsi İran-Ermənistan əlaqələrini açıq şəkildə göstərməklə yanaşı, sözün mənfi mənasıda İran-Azərbaycan əlaqələrinə ciddi təsir edən amillərdən oldu.
Sözsüz ki, bu İranın atdığı ilk addım deyil, heç son addım da olduğunu düşünmürəm. İranın atdığı addımların arxasında nə dayanır?

- regionda nüfuzunu qorumaq,
-Türkiyə-Azərbaycan birliyinin inkişaf etməsini ləngitmək,
-regionda kənar dövlətlərin varlığına icazə verməmək,
- Ermənistan vasitəsi ilə Azərbaycana təsir göstərmək.

Görünən odur ki, atılan addımların arxasında siyasi məqsəd var. Hətta din qardaşlığı ifadəsinin arxasında gizlənmək olsa belə. İranın siyasi ambisiyalarının arxasında regionda özünü təsdiq etmək dayanır.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş