Newscenter.az.5.08.2021. Bakı şəhəri ???????????????????????? ????????????????????????, Keşlə qəsəbəsinin uzun illərdən bəri həllini gözləyən problemlərindən biri də H.Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Keşlə qəsəbəsinin içərisindən keçən faktiki bir avtomobillik yolu olan M.Ə.Sabir küçəsi, mövcud nəqliyyat axınının qarşısında tab gətirməyərək daima tıxac yaranmasına səbəb olmasıdır. Məlum olduğu kimi, Keşlə qəsəbəsində yerləşən iri müəssisələrdən Babək prospektinə çıxan yeganə yol M.Ə.Sabir küçəsindən keçir.
Nəzərə alsaq ki, bu küçədə tikilən evlərin çox hissəsi 19????????-????????-ci əsrlərdə inşa olunub və o tikililərin arasında olan avtomobil yolunun geniş, müasir standartlara cavab verməsi də mümkün deyil. Həmçinin Keşlə qəsəbəsi sənaye zonasında yerləşdiyindən, iri tonnajlı avtomobillərin də qeyd olunan küçədən keçməsi qaçılmazdır. Bu səbəbdən M.Ə.Sabir küçəsində daim tıxaclar əmələ gəlir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur.
Nizami rayon seçki dairəsinin deputatı Könül Nurullayeva bildirib ki, ilk gündən məsələni diqqətdə saxlayır: “Problemin həll edilməsi məqsədilə müxtəlif vaxtlarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, sonuncu dəfə isə Baş Nazir Əli Əsədova müraciət etmişəm. Bu günlərdə Realtv də problemi işıqlandırıb. Mən bu məsələni işıqlandırdığına görə Realtv-yə təşəkkür edirəm. Ümid edirəm ki, Keşlə sakinlərinin uzun illərdən bəri həll edilməmiş qeyd olunan problemi tezliklə həllini tapacaq”.
NEWSCENTER.AZ