Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya müxtəlif təzyiq vasitəsilə Azərbaycanı öz təsir dirəsinə salmaq istəyindən əl çəkmək istəmir

Rusiya müxtəlif təzyiq vasitəsilə Azərbaycanı öz təsir dirəsinə  salmaq istəyindən əl çəkmək istəmir


Newscenter.az.5.08.2021. Rusiya siyasətinin üzqarası, heyvərə, boşboğaz, təlxək, şovinist kimi ad çıxarmış Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski yenə gözünü yumub, ağzını açıb, ənənəsinə sadiqliq nümayiş etdirərək, etik qydaları növbəti dəfə heçə endirərək, Rusiyada heç də az olmayan özü kimilərin mövqesiz mövqeyini, yuxuda gördüklərini acı dili ilə bəyan edib. Dəfələrlə başqa postsovet ölkələri haqqında sərsəm iddialarla çıxış edən, ölkələrin ərazi bütövlüyü, suverenliyi, digər xalqlar haqqında aşağılayıcı fikirlər söyləyən bu üzdəniraq “siyasətçi” yenə də SSRİ-nin bərpasının vacibliyindən danışıb. 44 günlük Vətən Müharibəsində Azərbaycanımızın möhtəşəm qələbəsini, regionumuzda əsas söz sahibi olmasını, “sülhməramlıların” müvəqqəti yerləşdiyi ərazilər də daxil olmaqla özünün bütün ərazisində süverenliyinin tam bərpa etmək əzmini həzm edə bilməyən bu bədnam məxluq Azərbaycanımız haqqında növbəti dəfə sərsəm fikirlər söyləməkdən də çəkinməyib: “Komsomolskaya Pravda”nın “radiokp.ru” internet radiosuna müsahibəsində deyib ki, Rusiya olmasa, ABŞ Prezidenti Bayden Azərbaycanda hakimiyyəti müxalifətin əli ilə iki həftəyə devirə bilər. Bu azmış kimi, nəinki siyasətçiyə, dövlət xadiminə, hətta ağlı başında olan insana xas olmayan tərzdə Azərbaycan dövləti, onun ali rəhbərliyi, dövlət quruluşu haqqında sərsəm fikirlər söyləyib. İlk baxışda elə görünə bilər ki, bu təlxəyin fikirlərinə əhəmiyyət vermək lazım deyil.

Əlbəttə, əgər o sadəcə partiya sədri olsaydı belə düşünmək olardı. Ancaq Rusiya Dövlət Dumasının vitse-spikeri kimi dövlət vəzifəsi daşıyan bu adamcığın dediklərini qulaq ardında vurmaq olmaz. Həm də, nəzərə almaq lazımdır ki, bir sıra hallarda Kreml siyasi və diplomatik ritorikada səsləndirmədiyi mövqeyini öz həyasızlığı və təxribatçılığı ilə seçilən V.Jirinovsrkinin dili ilə bəyan edir və bir növ “nəbz yoxlayır”. Görünən odur ki, rəsmi Rusiya anlayır ki, Azərbaycan Rusiyanın “sülhməramlı” adı altında uzun müddət Qarabağda qalması ilə barışmaq niyyətində deyil. Ona görə də, öz istəklərinə nail olmaq üçün Azərbaycana təzyiq etmək xəyalına düşüb və bunu Jirinovskinin dili ilə hədə tonunda çatdırmağı münasib sayıb. Rusiya rəsmiləri çox yaxşı başa düşürlər ki, Jirinovskinin dili ilə bəyan etdikləri mövqe dövlətlərimiz arasında mövcud olan, sözdə “dostluq və strateji” adlandırılan, münasibətlərin ruhuna uyğun deyil. Ancaq, buna baxmayaraq Rusiya müxtəlif təzyiq vasitəsilə Azərbaycanı öz təsir dirəsinə salmaq istəyindən əl çəkmək istəmir. Rusiya nəzərə almaq istəmir ki, Azərbaycan müstəqil, süveren dövlətdir və heç kimin diqtəsi ilə hərəkət etmək niyyətində deyil! Və inanırıq ki, Azərbaycan bu mövqeyindən heç vaxt vaz keçməyəcək!

Son zamanlar regionumuz ətrafında baş verən hadisələr göstərir ki, müstəqilliyimizi, süverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün bizləri qarşıda ciddi sınaqlar gözləyir. Bu sınaqlardan müvəffəqiyyətlə çıxmaq üçün ölkəmizdə mövcud olan sosial-siyasi sabitliyi qoruyub saxlamaq hər birimizin, xüsusilə siyasi partiyaların müqəddəs borcudur. Ancaq görünür ki, bəzi xarici qüvvələr və onların diqtəsi ilə hərəkət edən daxili siyasətbazlar müxtəlif yollarla bu sabitliyə xələl gətirmək niyyətindədirlər. Bunun bariz nümunələrindən biri son zamanlar sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatların yayılmasıdır. Azərbacan 30 yaşlı gənc, müstəqil dövlətdir. Təbiidir ki, onun dövlət quruluşunun təkmilləşdirilməsi, hakimiyyət bölgüsünün dərinləşdirilməsi, siyasi partiyaların cəmiyyətdə rolunun artırılması, seçki sisteminin möhkəmləndirilməsi və s. sahələrdə müəyyən islahatlara ehtiyac vardır.

Hesab edirik ki, müvafiq zaman yetişəndə qeyd edilən istiqamətlərdə islahatlar həyata keçiriləcəkdir. Təkamül Partiyası olaraq hesab edirik ki, indi xalqımızın, dövlətimizin qarşısında duran ən vacib məsələ 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin dönməzliyinin təmin edilməsindən, bütün ərazimizdə dövlət süverenliyimizin tam bərpa edilməsindən, erməni faşitləri tərəfindən viran qoyulmuş torpaqlarımızın bərpası üçün dövlətimizin və bütövlükdə cəmiyyətimizin imkanlarının səfərbər edilməsindən ibarət olmalıdır.Və inanırıq ki, xalqımızın mütləq əksəriyyəti məhz bu mövqeyi dəstəkləyir.

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
Xəbəri paylaş