Newscenter.az.6.08.2021. Azərbaycan və Pakistanın Misirdəki diaspor təşkilatları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Newscenter.az xəbər verir ki, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirovun Pakistanın Misirdəki səfirliyinin əməkdaşı Raca Uzayir ul-Həqq və bu ölkədə yaşayan pakistanlılarla görüşündə iki qardaş ölkənin diaspor təşkilatları arasında daha sıx əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparılıb.
Pakistanlı diplomat və tələbələr qardaş ölkənin Misirdə təhsil alan gənclərinə Azərbaycan diaspor mərkəzi tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycan diasporu pakistanlı tələbələrin məişət problemlərinin həllində də dost köməyini əsirgəməyib.
Görüşdə Azərbaycan və Pakistanın diaspor təşkilatları arasında mütəmadi görüşlərin, məsləhətləşmələr keçirilməsi, birgə tədbirlərin təşkili barədə razılıq əldə olunub.