Newscenter.az.6.08.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti - dördüncü qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb.
Newscenter.az xəbər verir ki, uçuşdan əvvəl sıra düzülüşü olub.
Sıra düzülüşündə yanğın-xilasetmə qüvvələrinə müvafiq təlimatlar verilib.
Nazirliyin Xüsusi riskli xilasetmə xidmətinin Alay komandiri polkovnik leytenant Məmməd Xəlili jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.
Onun sözlərinə görə, hər bir şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub və sabahdan etibarən yanğınların söndürülməsinə başlanılacaq.