Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda ağacları kəsən şirkət cəzalandırılıb



Newscenter.az.6.08.2021. Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5 280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Xəbəri paylaş