Newscenter.az.7.08.2021. ABŞ-ın “B-52 Stratofortress” bombardmançıları Əfqanıstanın Cauzdan əyalətində radikal “Taliban” hərəkatının mövqelərinə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman bildirib.
Qeyd edilir ki, silahlılar ağır itkilərə məruz qalıblar.
"Taliblər qrupu Cauzdan əyalətinin Şiberqan şəhərində “B-52”-nin hədəfi oldu. Terrorçular ABŞ-ın Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində ağır itkilər verdilər", - Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman tvitterdəki hesabında bildirib.