Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı metrosu iyun-iyul aylarında 20 milyona yaxın sərnişin daşıyıb



Newscenter.az.7.08.2021. "Bakı Metropoliteni" QSC bu il mayın 31-də fəaliyyətini bərpa etdikdən sonra iyun ayında 28 gün, iyul ayında isə 21 gün işləyib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, 2 ay ərzində Bakı metrosu 19,7 milyon sərnişin daşıyıb. Bunun 10,785 milyonu iyun ayının, 8,915 milyonu isə iyul ayının payına düşüb.

Metronun işlədiyi günlərdə orta gündəlik sərnişindaşıma isə müvafiq olaraq 385 172 nəfər və 287 587 nəfər təşkil edib.
Xəbəri paylaş