Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi vəzifəyə təyin edilmiş şəxslər cox vaxt etimadı doğrultmur



Newscenter.az.7.08.2021. "İşindən vəzifəsindən aslı olmayaraq hər bir şəxsin bir məqsədi olmalıdır, Dövlət və Dövlətcilik marağı. Əfsuslar olsun ki, bəzi vəzifəyə təyin edilmiş şəxslər cox vaxt etimadı doğrultmur, təyin edilmiş vəzifəsinin öhdəsindən gəlmək istəmirlər, ancaq həyat düşüncələri dəbdəbəli həyat, 2-3 xidməti avtomobil, xan otağı kimi bəzədlimiş xidməti otaqlarına üstünlük verirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, vəzifəyə təyin edilmiş şəxslərin ilk növbədə işgüzarlığı, savadı və dövlətə, millətə məhəbbəti olmalıdır:

"Təyin edilmiş vəzifələrinə uyğun qabaqlarına qoyduqları məqsədləri Qanunun aliliyinə riayət etməli, Ali Baş Komandanına sədaqətlə işini qurmalıdır Bəzi halda, rəhbər vəzifəyə təyin edilmiş şəxs özündə düşünür ki, bu gün dövlətin ona verdiyi səlahiyyətlə ona istədiyi neqativ addımlar atmasına yol acır. Ancaq əslində belə insanların düşüncəsi səhvdir, cünki hec bir əməl nəzarətsiz və cəzasız qalmır".

Hüquqşünas qeyd edib ki, bu gün Dövlətimizdə aparılan gəncləşmə siyasəti, savadlı kadrların irəli cəkilməsi kimi, cənab Prezidentimizin əsas prioritetlərindən biridir:

"Savadsız və təcrübəsiz bir mütəxəsislər hansı yollarlasa rəhbər vəzifəyə gətirilməsinə baxmayaraq, az bir müddətdə öz rəhbərlərinin qarşısında etimadı doğrultmadığına görə vəzifələrindən kənarlaşdırılırlar. Uca Allah hər bir rəhbərimizi qorusun, Dövlətimizə, Millətimizə, Ali Baş Komandanımıza xidmətlərində cətin və şərəfli işlərində uğurlar diləyirəm".

NEWSCENTER.AZ
Xəbəri paylaş