Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Estoniya ilə daha sıx əlaqələrin qurulması müzakirə edilib



Newscenter.az.7.08.2021. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2021-ci il tarixli Sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dünən, avqustun 6-da Azərbaycan-Estoniya parlamentlərarası​ əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq səfir Anar Məhərrəmovla görüşdüm, onu yeni təyinatı münasibəti ilə təbrik etdim. Cənab Prezidentin ona göstərdiyi etimadı layiqincə doğruldacağına, Azərbaycan və Estoniya arasındakı diplomatik əlaqələrə yeni töhfələr verəcəyinə əminliyimi ifadə etdim.

A.Məhərrəmovla görüş zamanı hər iki ölkə arasında daha sıx əlaqələrin qurulması, qarşılıqlı rəsmi səfərlərin təşkili, informasiya mübadiləsi və s. kimi mövzuları müzakirə etdik. ​

Habelə Azərbaycan-Estoniya Parlamentləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair fikirlərimi bölüşdüm. Hər iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüşlərin pandemiya səbəbindən video-format şəklində təşkil edilməsindən, Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterlə telefon görüşlərindən bəhs etdim.

Bildirdim ki, Azərbaycan və Estoniya arasında siyasi dialoqun davam etdirilməsi məqsədi ilə Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizə dəvət olunub və bu, iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.
Səmimi ab-havada keçən görüşün sonunda səfir Anar Məhərrəmova şərəfli və məsuliyyətli işində müvəffəqiyyətlər arzuladım.
Ölkəmiz üçün xeyirli və uğurlu olsun, inşallah.

Jalə Əhmədova
Milli Məclisin deputatı
Xəbəri paylaş