Nazir: “Azərbaycandan daha 362 nəfər yanğınsöndürən və 41 yanğınsöndürən maşın gəlib”
Tarix: 7-08-2021, 14:48
Newscenter.az.7.08.2021. “Azərbaycandan daha 362 nəfər yanğınsöndürən və 41 yanğınsöndürən maşın gəlib”.
“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli avqustun 7-də keçirdiyi mətbuat konfransında bildirib.
"Azərbaycana, Ukraynaya, Rusiyaya və İrana xüsusi ilə təşəkkürümü bildirmək istəyərəm", - nazir vurğulayıb.
Onun sözlərinə görə, 223 yanğından 217-si nəzarət altına alınıb.