Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ruslan Əliyev qazinin problemini qısa müddətdə həll etdi



Newscenter.az.7.08.2021. Aprel döyüşlərinin iştirakçısı, ikinci qrup əlil Rabil Abuşovun problemi «Azəriqaz» İstehsalat Birliyinin rəhbərliyi tərəfindən qısa müddətdə həll edilib.

Newscenter.az xəbər verir ki, bu barədə İstehsalat Birliyinin sədri Ruslan Əliyev özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, Rabil Abuşovun müraciəti əsasında onun fərdi yaşayış evi təbii qazla təmin edilib:

«Salyan rayonu, Noxudlu kənd sakini Rabil Abuşov ömrünün bir neçə ilini vətənə xidmət etməklə keçirib. O, Aprel döyüşlərində iştirak edib, döyüş əməliyyatlarını icra edərkən yaralanıb və 2-ci qrup əlil kimi ordu sıralarından tərxis olunub. Rabil sosial şəbəkə üzərindən bizə müraciət edərək ona məxsus fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş etdi. Bu müraciəti dərhal nəzarətə götürdüm. Qısa müddət ərzində qazinin müraciəti təmin olundu. Onun yaşadığı fərdi yaşayış evi #mavi yanacaqla təmin edildi».

Sevinc
Xəbəri paylaş