Sumqayıt sakinindən külli miqdarda “patı” aşkar edilib
Tarix: 7-08-2021, 09:53
Newscenter.az.7.08.2021. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Mirseyidov Biləsuvar rayonu ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 44 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.