Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib
Tarix: 8-08-2021, 16:37
Newscenter.az.8.08.2021. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.
Newscenter.az xəbər verir ki, XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb.
“ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.












































