Cəlilabadda 4 otaqlı ev yanıb
Tarix: 8-08-2021, 17:44
Newscenter.az.8.08.2021. Cəlilabad rayonunun Pərdi kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












































