Dənizdə batan 16 yaşlı qızın meyiti tapılıb
Tarix: 8-08-2021, 11:39
Newscenter.az.8.08.2021. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2005-ci il təvəllüdlü Yaqubova Lalə Fətəli qızının meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.












































