Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi Dəniz Qüvvələrinə məxsus G-121 gözətçi gəmisi əsaslı təmir edilib



Newscenter.az.9.08.2021. Avqustun 22-dən İranın Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olarkən əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi nazirə təqdim edilib.

Qeyd edilib ki, bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir.

G-121 gözətçi gəmisinə baxış zamanı görülən işləri yüksək qiymətləndirən nazir HDQ hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Xəbəri paylaş