Newscenter.az.9.08.2021. Bu günlərdə Milli Məclisin sədri Sahibə Qafarovanın İran İslam Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, ən əsası isə 2022-ci ildə 30-cu ildönümü olacaq Xocalı soyqırımının İran Parlamentində tanınması təşəbbüsünü irəli sürməsini yüksək dəyərləndirir və alqışlayıram.
Milli Məclis Sədrinin İran İslam Respublikasına səfərinin iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərə faydalı və uğurlu olduğunu düşünür və hesab edirəm ki, keçirilən görüşlər ölkəmiz üçün kifayət qədər məhsuldar olub.
Həmçinin Milli Məclis Sədrinin İran İslam Respublikasına səfəri ətrafında bəzi üzdəniraq vətənşüvənlərin gülünc fikirlər paylaşmasına toxunmaq istəyirəm. İlk öncə örpək məsələsinə aydınlıq gətirmək istəyirəm və qeyd etmək istəyirəm ki, İran İslam Respublikasında qadınların başını örtməsi məcburidir. Təbii ki, bu məcburiyyət dinindən, dilindən, milliyətindən, vəzifə statusundan asılı olmayaraq xarici ölkələrin qadın vətəndaşlarına da şamil olunur. Bayraq məsələsinə gəlincə isə “vətənsevər”lərə tövsiyəm budur ki, mövcud beynəlxalq protokol qaydaları haqqında bilgilərini artırsınlar.
Jalə Əhmədova
Milli Məclisin deputatı