Newscenter.az.10.08.2021. Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.
"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 4 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.
Meyitlər Füzuli rayonu və Hadrut qəsəbəsində aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 634 nəfərin meyiti aşkarlanıb.
Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.