Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Naxçıvan istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Ermənistan Naxçıvan istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub


Newscenter.az.10.08.2021. Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xəbəri paylaş