Newscenter.az.10.08.2021. “Azərbaycanda Şimal-Qərb turizm dəhlizi boyunca 150 obyekt yenidən qurulub”.
Newscenter.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, Agentlik həmin obyektlərdə monitorinqlər aparıb və onların yenidən qurulması üçün tövsiyyələr verib, yenidənqurma başa çatdıqdan sonra isə obyektlərə baxış keçirib.
Söhbət, əsasən, ictimai iaşə obyektlərindən gedir.