Newscenter.az.11.08.2021. Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Şimali Kipr Türk Respublikasının (KKTC) Baş naziri, Ulusal Birlik Partiyasının Başqanı Ersan Saner ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə AY Partiya Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Gülşən Hacıyeva iştirak ediblər.
Anar Əsədli AY Partiya haqqında məlumat verərək, KKTC-yə səfərin məqsədi barədə danışıb.
AY Partiya Başqanı ölkələrimiz arasında münasibətlərə toxunaraq, iki ölkənin siyasi partiya və QHT-i arasında əlaqələrin çox aşağı səviyyədə olduğunu bildirib.
Anar Əsədli deyib ki, siyasi partiyalar dövlətin xarici siyasətində aktiv rol almalı, bəzən hakimiyyətlərin, dövlət qurumlarının açıq ifadə edə bilmədiyi məsələləri gündəmə gətirməlidir.
Bu baxımdan KKTC-nin müstəqilliyinin tanınması mövzusunu da siyasi təşkilatlar dilə gətirməli, üç ölkənin – Türkiyə, Azərbaycan və Şimali Kiprin partiyaları bu məsələdə ortaq hərəkət etməlidir.
Baş nazir Azərbaycan, Türkiyə və KKTC-nin 1 millət, 3 dövlət olduğumuzu diqqətə çatdıraraq, birgə fəaliyyətin arzulanan nəticə verəcəyini qeyd edib.
Görüşdə iki ölkə arasında siyasi əlaqələrinin inkişafı ilə bağlı digər məsələlər də müzakirə olunub.
AY Partiya Başqanı Anar Əsədli Prezidentə Azərbaycan bayrağı, Qarabağ zəfərinin simvolu olan "Xarı bülbül" nişanı, Baş nazir AY Partiya Başqanına öz hədiyyəsini təqdim edib.