Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 18 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb



Newscenter.az.11.08.2021. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 10-da qida məhsulları sahəsində fəaliyyət göstərən 18 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Sevinc
Xəbəri paylaş