Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər 3 variant bizim üçün təhlükə mənbəyi, ciddi bir tələdir



Newscenter.az.11.08.2021. Xankəndinə cəmi 1 yol var - Laçından, Şuşanın yaxınlığından keçən yol, bunun adına "koridor" demək olmaz, o yola "koridor" statusu verən heç bir rəsmi sənəd yoxdur. Ona görə də, müvəqqəti Rusiya nəzarətində olan o yola "koridor" deməyək.
Həmin yol tam olaraq Rusiya nəzarətindədir, bizim nə əsgərimiz, nə sərhəd qoşunlarımız, nə gömrüyümüz o yola nəzarət etmir - deməli ölkənin bir hissəsində bizim suverenliyimiz təmin edilməyib.

Yola Rusiya nəzarət edirsə, deməli son günlər Ermənistandan Xankəndinə daşınan əsgər və zabitlər, silahlar Kremlin icazəsi ilə ora yığılır.
Əgər bunu Kreml edirsə, deməli nəsə planı var, gəlin versiyaları müzakirə edək: 1) Hədəf Paşinyandır - Həbri məğlubiyyət və seçki ilə Nikola qalib gələ bilməyən Kreml indi yeni, daha ağır məğlubiyyətlə Paşinyanı üzbəüz qoyaraq Ermənistan siyasi elitası və cəmiyyətinin Qərb sevgisini tamam məhv etmək istəyir. Ermənilər o vəziyyətə düşür ki, Rusiyanın tərkibinə keçməyə, "İttifaq Dövlətinin" yaranmasına razı olur (bura Belarus da qatılacaq), hətta bunu tələb edir. Bundan sonra biz Ermənistanla yox, "İttifaq Dövləti" ilə sərhəd oluruq, Xankındində o dövlətin pasportları paylanılır, o bölgə tamam əlimizdən çıxır, 2) Hədəf Azərbaycandır - Rusiya Azərbaycandan Avrasiya və Gömrük İttifaqına və "ODKB"- yə üzv olmağı tələb edir, Əliyev doğru olaraq buna razılıq vermir, ona görə də Kreml indi Qarabağda ermənilərin əli ilə əks-həmlə əməliyyatı hazırlayır, bir neçə uğurlu hərbi əməliyyat keçirir, Azərbaycanı o təşkilatlara üzv olmağa məcbur edir. Və paralel olaraq da Ermənistanda cəmiyyətdə itirilən nüfuzunu bərpa edərək yenə xalqı Qərb yolundan dönməyə sövq edir, 3) Hədəf Türkiyədir - Hamımıza məlumdur ki, Rusiya ilə Türkiyənin maraqları, demək olar ki, hər addımda toqquşur, "mehriban düşmən" modunda olmağa məcburdurlar. Türkiyənin Azərbaycanda, ümumən Cənubi Qafqazda nüfuzunun artması Moskva üçün qəbuledilməzdir. Qarabağda gərginliyi artıraraq Kreml birbaşa Türkiyə ilə bazarlığa oturur, Qarabağ o bazarlığın sadəcə parçasından biri olur. Moskva və Ankara öz problemlərini həll edir, biz isə bu razılaşma ilə barışmaq zorunda qalırıq.
Hər 3 variant bizim üçün təhlükə mənbəyi, ciddi bir tələdir. Bu tələyə düşməmək üçün artıq çox sürətlə qəliz idarəetmə mexanizmi yaradılmalı, Parlamentin özəlliyi və statusu artırılmalıdır. Parlament "sülhməramlıların" qeyri-qanuni statusda olduğu ilə bağlı qərar verəndə, Prezident o qərarı həmən imzalamır, Moskva ilə bazarlıq üçün əsas yaranır. Ona görə keçən il 10 noybrda Parlament qərarı olmadan "sülhməramlıların" gətirilməsini doğru saymışdıq, çünki bu manevr imkanlarını açıq saxlayır.

Xülasə, çox təəssüf ki, artıq 6 aydır dəfələrlə dediyim bir məsələnin şahidi oluruq: Qərb post-sovet məkanını müvəqqəti olsa da, Kremlə güzəşt edir, bu yolla Kremli maddi yükləyir (Belarus, Ermənistan, Abxaziya, C.Osetiya, Krım, Donbas, Dnestyanı, Xankəndi, Orta Asiyanın Əfqanistanla sərhədi və s.), günün birində bu yükə dözə bilməyəcəyinə ümid edir, amma yaxın zamanda bunun əziyyətini bütün post-sovet, o cümlədən biz çəkəcəyik.

Biz millət və dövlət olmaq üçün dönüm nöqtəsindəyik, ağlr imtahan qarşısındayıq, bu mərhələdən bizi ancaq "Çanaqqala" ruhu çıxarda bilər. Aydındır ki, biz Rusiya ilə vuruşa bilmərik, aydındır ki, Türkiyə bizə görə BİRBAŞA Rusiya ilə müharibəyə girməyəcək - amma, çıxış yolu var: Qəliz mexanizmli, Dövlətçilik ruhlu yeni idarəetmə sistemi - başqa yol görmürəm. İlham Əliyev məsuliyyət və səlahiyyət bölgüsünə incə şəkildə getməlidir ki, bu bəlaları atladaq. Bu işdə biz əlimizi daşın altına qoymağa tam hazırıq...

Natiq Cəfərli-"REAL" Partiyasının sədr müavini
Xəbəri paylaş