Newscenter.az.11.08.2021. Bu gün səhər saatlarında şımal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən 106-111-ci km-lik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub. Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.
Mehman